Esmeralda

Esmeralda Mətbəx 1-02-2019, 09:27

Soyuq havanın yeməyi: Limonlu şorba

Soyuq havanın yeməyi: Limonlu şorba
Havaların soyuması ilə əlaqədar isti şorbaların yeyilməsi daha məsləhətlidir. Sizə faydalı toyuq şorbanın reseptini veririk.

Lazım olanlar:

1 toyuq

1 ovuc nazik vermişel

1 yumurta sarısı

Yarım limon

İstiot

Duz

Hazırlanması:

Əvvəlcə toyuğu dərin bir qazana qoyub üzərinə su əlavə edərək bişirin. Daha sonra toyuğu həmin sudan çıxararaq, içinə nazik vermeşil əlavə edərək bir az da qaynadın.

Həmçinin bişmiş toyuğun əti sümükdən ayrılaraq, tikələrə doğranıb şorbaya tökülür. Son olaraq yumurta sarısını ayrıca qabda limon suyu ilə qarışdırın, oraya bir qaşıq da toyuq şorbası əlavə edin. Diqqət etmək lazımdır ki, həmin şorba suyu ilıq olsun. Sonra həmin qarışımı qazanın içərisinə yavaşca əlavə edib qarışdırın. 2 dəqiqə daha qaynadıb, ocağın altını söndürün. Sonda zövqə görə duz və istiot əlavə edin.


Soyuq havanın yeməyi: Limonlu şorba

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
524 497 502 475 537 447

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.