ice berg

ice berg İslam Dini 14-02-2026, 17:00

Cənnətdə və Cəhənnəmdə qalmaq əbədidir yoxsa müvəqqəti?

Cənnətdə və Cəhənnəmdə qalmaq əbədidir yoxsa müvəqqəti?

Qurani-Kərimin ayələrində Cənnət və Cəhənnəm həyatının əbədi olacağı dəfələrlə vurğulanır. İslam alimləri arasında möminlərin Cənnətdə əbədi qalacaqları və oradan heç zaman çıxarılmayacaqları barədə fikir birliyi vardır. Allah elə ədalətsiz deyildir ki, Öz mükafatını yarımçıq kəsib möminləri nə zamansa bundan məhrum etsin. Əksinə, hədislərə görə, Cənnət əhli orada da tərəqqi edəcək və Cənnətin daha yüksək dərəcələrinə yüksələcək. Əsas fikir ayrılığı Cəhənnəm əzabının daimi yoxsa müvəqqəti olmasındadır. Bir çox Quran ayəsi və mötəbər hədislər kafirlərin Cəhənnəmdə əbədi qalacaqlarını vurğulayır. (Quranda bununla bağlı “xalidin”, yəni əbədi qalanlar ifadəsi işlədilir). Lakin bəzi alimlər deyirlər ki, Cəhənnəmdə müəyyən bir dəstə əzab çəkdikdən sonra günahları silinəcək və onlar Cəhənnəmdən xilas olacaqlar. Amma buna əks mövqedə duranların fikrincə günahların silindiyi yer Cəhənnəm deyil, Əraf yaxud Bərzəx adlanan yaxud başqa məkandır, orada həqiqətən günahkarlar öz cəza müddətlərini başa vurub sonra Cənnətə buraxılacaqlar. Cəhənnəmə isə yalnız o adamlar salınacaq ki, orada əbədi qalmağa layiqdirlər.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
157 160 207 176 198 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.