Alimdən SENSASİON XƏBƏRDARLIQ: Yer kürəsi bu tarixdə MƏHV OLACAQ

Alimdən SENSASİON XƏBƏRDARLIQ: Yer kürəsi bu tarixdə MƏHV OLACAQ
Apofis asteroid Yer kürəsi ilə toqquşacağı halda, çoxmilyonlu şəhər tamamilə məhv ola bilər.

Loading.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geosferlərin Dinamikası İnstitutunun mütəxəssisi, fizika-riyaziyyat elmləri doktoru Valeri Şuvalov bildirib.


“Əgər Apofis (diametri 300 metrdən çoxdur - TASS) Moskvaya düşərsə, şəhərdə hər şey məhv olacaq. Həmçinin ciddi dağıntılar Moskva vilayətinin ərazisində yaranacaq. İonosfer şüası, yəqin ki, bütün Avropanı tutacaq”, - Şuvalov Rusiya paytaxtının nümunəsində zərbənin təxmini qiymətləndirməsini aparıb.

O, əlavə edib ki, ölçüləri Apofis böyüklüyündə olan asteroid hər 10-100 min ildən bir Yer kürəsinə düşür.

Alim bildirib ki, bu gün bəşəriyyətdə asteroidin trayektoriyasını dəyişdirmək üçün vasitə yoxdur.

Qeyd edək ki, Apofis asteroidi 2014-cü ildə Kitt-Pik (Arizona ştatı) rəsədxanasında aşkar edilib. Göy cismi saniyədə 30 kilometrdən yuxarı sürətlə hərəkət edir. O, Yer kürəsinə nisbətən kiçik məsafəyə yaxınlaşaraq ondan uzaqlaşır. Növbəti yaxınlaşmanın 2029-cu ildə (müxtəlif məlumatlara görə, 37-38 min kilometrdə) olacağı gözlənilir.

Daha əvvəl Sankt-Peterburq Dövlət Universitetindən alimlər fərz ediblər ki, Apofis 2068-ci ildə Yer kürəsi ilə toqquşa bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
267 244 296 227 279 261

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.