Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 6-02-2019, 10:46

Zəlzələdən sonra 30 nəfər xəstəxanaya düşüb – Rəsmi açıqlama

Zəlzələdən sonra 30 nəfər xəstəxanaya düşüb – Rəsmi açıqlama
Şamaxı rayonunda zəlzələdən sonra xəstəxanalara müraciət edənlərin sayı 30-a çatıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda rayon xəstəxanaları gücləndirilmiş iş rejimində işləyir: “Xəstəxanalara ümumi 30 nəfər müraciət edib, 3 nəfər travmotologiya şöbəsinə çatdırılıb. Bir nəfərin qolu sınıb, iki nəfər ayağından xəsarət alıb. Müraciət edənlərin əksəriyyəti həyəcandan təzyiqi qalxan şəxslər olub. Bir nəfər cavan adamın həyəcandan dili tutulub, yardım göstəriləndən sonra özünə gəlib və evə buraxılıb.

Digərlərinə də lazımi tibbi yardım göstərilib. Bir nəfərin həyəcandan beyninə qan sızıb, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
407 389 344 355 353 358

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.