Ayı narkomanı yedi

Ayı narkomanı yedi
Appalaçi dağlarında itkin düşən 30 yaşlı amerikalı kişinin meyitini yalnız dörd gün sonra tapmışdılar. Onu ayı yediyi məlum olub.
Meyiti Qreyt-Smoki-Mauntins milli parkının ərazisində aşkar ediblər. Amma tamamilə yararsız halda. Ayı Uilyam Li Hilli parçalayıb. Vəhşi heyvana görə bir müddət meyitə yaxın gedə bilməyiblər. Sonradan ayını güllələyiblər.


Uilyam dağa tək çıxmayıb. Dostu da onunla olub. Lakin həyat kökü bitkisi (jenşen) toplayarkən Uilyamdan ayrı düşüb.

Ayı meyiti çox yararsız hala saldığından, ölənin kimliyini yalnız əşyaları və dərinin bir yerindəki döymə ilə müəyyənləşdirmək mümkün olub.

Ekspertiza ölümün yeksək dozadan olduğunu üzə çıxarıb. Uilyam narkotik maddə aludəçisi imiş. Onun orqanizmi həddən artıq metamfetamin qəbuluna dözməyib. Mütəxəssislər hesab edir ki, Luisvill şəhər sakini heç də ayı hücumuna məruz qalmayıb. Baribal növündən olan qara ayı onun yalnlz meyitini tapa bilib.

Bariballar daha çox Şimali Amerikada yaşayır. Onarın çəkisi 360 kiloqrama, boyu isə 2 metrə çatır. Bu ayılar nadir hallarda insana hücum edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
515 451 446 421 483 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.