Sensiz darixiram

Sensiz darixiram özünü 🤔 fikirli hiss edir. Xəbərlər 8-02-2019, 17:50

"Bacımın heç bir şikayəti yox idi,ölümdən 3,4 gün qabaq..."ölən tələbənin ailəsindən şok açıqlama

"Bacımın heç bir şikayəti yox idi,ölümdən 3,4 gün qabaq..."ölən tələbənin ailəsindən şok açıqlama

"Bakı Medical Plaza"nın həkimləri bacıma leptospiroz virusu diaqnozu qoydular. Ancaq ölüm kağızında ağciyər və ürək çatışmazlığından dünyasını dəyişdiyi yazıldı. Əvvəllər bacımın heç bir şikayəti olmayıb. Ölümündən 3-4 gün qabaq qrip oldu. Yanvarın 25-də vəziyyəti pisləşdiyi üçün onu əvvəlcə Respublika Klinik Xəstəxanasına, sonra isə "Bakı Medical Plaza"ya yerləşdirdik.

Bu sözləri oxu.az-a açıqlamasında naməlum səbəbdən dünyasını dəyişdiyi bildirilən tələbə Nərdanə Tağızadənin bacısı deyib.

Səhiyyə Nazirliyindən məlumat verilib ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələr nəticəsində öz təsdiqini tapmayıb:

"Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb".

Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir.

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Nərdanə Tağızadə yanvarın 29-da vəfat edib. O, Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
463 399 384 331 328 401

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.