Sensiz darixiram

Sensiz darixiram özünü 🤔 fikirli hiss edir. Xəbərlər 9-02-2019, 18:57

Maaş artımı bahalaşmaya səbəb olacaq?NAZİR AÇIQLADI

Maaş artımı bahalaşmaya səbəb olacaq?NAZİR AÇIQLADI

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkədə minimum əməkhaqqının artırılmasının gələcək inflyasiya səviyyəsinə necə təsir edəcəyinə münasibət bildirib.

Loading.az-ın məlumatına görə, S. Babayev REAL TV-yə müsahibəsində qeyd edib ki, ölkəni inflyasiya dalğası gözləmir: "Bizim hesablamalarımıza görə, bu ilin dövlət büdcəsindən 335 milyon manat minimum əməkhaqqının artırılması istiqaməti üzrə yönəldiləcək. Gələn il isə bu rəqəm 400 milyon manat olacaq.

Hökumətin müvafiq qurumları ilə müzakirədə bu fikir hakim oldu ki, maaş artımının inflyasiyaya ciddi təsiri gözlənilmir. Biz idarə edilən inflyasiya ilə davam edəcəyik. Bu, vətəndaşlarımızın rifahına, Ümumi Daxili Məhsulun artımına təsir edəcək.

Özəl sektorda da 150 milyon manatlıq artım olacaqsa, bu da fikrimizcə 500 milyon manat ÜDM-in artımına gətirib çıxaracaq. Bundan əlavə, əməkhaqlarının özəl sektorda leqallaşmasına da ciddi təsir edəcək".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
386 351 371 324 385 400

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.