Sensiz darixiram

Sensiz darixiram özünü 🤔 fikirli hiss edir. Xəbərlər 9-02-2019, 18:58

Mehriban Əliyevadan müalicəyə pulu olmayan meyxanaçıyla bağlı GÖSTƏRİŞ

Mehriban Əliyevadan müalicəyə pulu olmayan meyxanaçıyla bağlı GÖSTƏRİŞ
Mehriban Əliyevadan müalicəyə pulu olmayan meyxanaçıyla bağlı GÖSTƏRİŞ

Xəbər verdiyimiz kimi, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən və efirlərdən uzaqlaşan meyxanaçı Ağakərimin (Kərim Novruzov) ayaqları tutulub.

Loading.az big.az-a istinadla xəbər verir ki, "Hər şey daxil"in aparıcısı prodüser Tarix Əliyev (Tolik) efir vasitəsi ilə məşhur meyxanaçının müalicəsinə lazım olan pulun toplanması üçün imkanlı şəxslərə müraciət etmişdi. O bu gün səhifəsində Heydər Əliyev Fondunun meyxanaçıya kömək olacağını açıqlayıb:

"Mən çox sevincliyəm ki, bu xeyir işə vasitəçi oldum. Dünən "Hər şey Daxil"-də meyxana ustadı Ağakəriminin səhhəti ilə bağlı oğlu telefon vasitəsi ilə verilişimizə bağlandı. Maddi durumları az olduğunu vurğuladı. Bu gün oğlu Kamilə Heydər Əliyev Fondundan zəng gəlib. Atasının yenidən xəstəxanaya yerləşdirilməyini və bütün xərclərinin Fond tərəfindən ödəniləcəyi bildirilib. Çox sağ olun ölkənin Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva. Hər zaman istər sıravi vətəndaşlara, istər mədəniyyət işçilərinə diqqət ayırır. Allah qorusun!"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
354 388 386 420 319 398

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.