amon

amon Xəbərlər 13-02-2019, 21:41

BDU-nun tələbəsi niyə öldürüldü? - Yeni məqam üzə çıxdı

BDU-nun tələbəsi niyə öldürüldü? - Yeni məqam üzə çıxdı
Dünən axşam saatlarında Şirvan şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Loading.Az publika`ya istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Rəşad Fətullayevin qız üstündə düşən mübahisə zəminində öldürüldüyü məlum olub.

Bildirilir ki, qış tətili ilə əlaqədar doğulduğu şəhərdə olan 18 yaşlı Rəşad sevdiyi qızı narahat edən 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu ilə söhbət edərək məsələni aydınlaşdırmaq istəyib. Bu zaman həmyaşıdlar arasında mübahisə yaranıb və əslən Sabirabad rayonundan olan və Şirvanda kirayə yaşayan Amil bıçaqla Rəşada ağır xəsarət yetirib. Universitet tələbəsi aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
401 325 379 423 380 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.