amon

amon Xəbərlər 13-02-2019, 21:50

Ramil Usubovdan YENİ TƏYİNAT

Ramil Usubovdan YENİ TƏYİNAT
Binəqədi Rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Loading.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə polis polkovnik-leytenantı Vəfalı Həsənəliyev təyinat alıb.

O, yeni təyinatadək Nəsimi rayon Polis İdarəsində Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Vəfalı Həsənəliyev cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fərqləndiyinə görə 2015-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Emin Həsənov yerinə yetirib.

O, Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
604 551 607 549 561 562

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.