Ümidli gözəl

Ümidli gözəl Sevgi 14-02-2019, 16:45

Onda nə cavab verəcəksən..?

Onda nə cavab verəcəksən..?
Gün gələcək sənin həyatında yeni biri olacaq. Bir gün oturacaqsız, ordan burdan danışacaqsız və birdən o səndən soruşacaq. Keçmişin haqda soruşacaq. Ondan əvvəlki haqqında soruşacaq. Bəs sən nə cavab verəcəksən? Yadına düşəcək ötən günlər və üzündə bir təbəssüm yaranacaq.... və birdən deyəcəksən "o əvəz olunmaz idi... O fərqli idi. Hər gün yox hər an dəyişə bilirdi. 5 dəqiqə gülürdüsə, 5 dəqiqədən sonra dava salar və inciyərdi.


Sonra yenidən gülməyə məni qıcıqlandırmağa başlayardı. O güldürməyi bacarırdı... Desəm bu işi gör, elə hey deyinərdi amma sonunda edərdi... Qəlbimi qırardı amma qırdıqdan sonra da könlümü almaq üçün min dona girərdi. Bəzən çox sakit olardı, sakitliyi ilə cəzalandırardı,bəzən isə çox danışardı.



Elə hey danışardı, nə danışdığı maraqlı deyildi, sadəcə danışanda gözlərinin parıldaması, həvəslə danışması maraqlı idi. Bəzən dəcəllik edərdi, bəzənsə səsini olmadıq atardı başına, qışqırardı bağırardı sonunda yenə sakitləşərdi. Hemiwe dalawardi və sonra barışmaq üçün min yol axtarardı və barışardıda. O dəli idi. Hədsiz qısqanc idi, hər şeyə hər kəsə qısqanardı. Ən əsası o sevməyi bacarırdı. Heç kəsin heç vaxt sevə bilməyəcəyi qədər sevirdi. ” Onda sevgilin səndən soruşacaq: - Əgər səni bu qədər sevirdisə, onda niyə ayrıldız?! Onda ne cavab vereceksen???

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
733 781 742 710 789 713

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.