Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 15-02-2019, 17:20

Milli qəhrəmanlarımızla bağlı unikal addım

Milli qəhrəmanlarımızla bağlı unikal addım
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin və Şəms Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.

Loading.Az-a MEK-dən verilən məlumata görə, Ukrayna, ispan, çex və gürcü dillərində olan “Vikipediya”larda Təbriz Xəlilbəyli, Şövqiyar Abdullayev, Nofəl Quliyev, Valeh Müslümov və Məhərrəm Seyidov haqqında məqalələr yerləşdirilib. Məqalələrdə Milli qəhrəmanlarımızın həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, “Vikipediya” Metodik Mərkəzinin və Şəms Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində xarici dillərdə olan “Vikipediya”larda Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli elm və ictimai-siyasi xadimləri haqqında məqalələr yerləşdirilib. Həmçinin Azərbaycanın Milli qəhrəmanları haqqında digər dillərdə də məqalələrin yaradılması nəzərdə tutulub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
418 445 404 391 353 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.