Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 16-02-2019, 16:57

Hava xəbərdarlığı - Bakıya sulu qar yağacaq, güclü külək əsəcək

Hava xəbərdarlığı - Bakıya sulu qar yağacaq, güclü külək əsəcək
Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, yağıntının sulu qara keçəcəyi gözlənilir.

Şimal küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 6-8° enəcək, gün ərzində 2°-yə yaxın isti olacaq.

Xəbərdarlığa görə, ölkə ərazisində fevralın 18-i axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır.

Bəzi şimal və şərq rayonlarında yağıntının intensiv olacağı bildirilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir saniyədə 20-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 397 325 342 407 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.