Efirdə Elarizi təhqir etdilər: "Bunun keçəlinə baxın" - Video

Ötən gün “Xəzər” TV-də yayımlanan “5/5” proqramında müğənni Nadir Qafarzadə parodiya edilib.

Veriliş zamanı parodiyaçı Elnur Mahmudov Qafarzadənin “Maral” mahnısının sözlərini dəyişərək ifa edib.


O, oxuyarkən arxa fonda müğənni Elariz Məmmədoğlunun fotosu yayımlanıb və Elnurun dəyişdirdiyi mahnının sözləri animasiya şəklində öz əksini tapıb.

Mahnının sözlərindəki “Əlinə xına yaxın, başına parik taxın. Bunun keçəlinə baxın. Dazına dərman yaxın. Bir də maral buraxın, qoy otlasın” ifadələri sosial şəbəkədə birmənalı qarşılanmayıb.

İzləyicilər bunun parodiya olmadığını, Elarizin alçaldıldığını və təhqir edildiyini söyləyib.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
404 402 379 338 440 374

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.