Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 20-02-2019, 14:28

“Qətibə İnanc” növbəti dəfə səhnədə

“Qətibə İnanc” növbəti dəfə səhnədə
Fevralın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi repertuarda yeni tamaşalardan olan “Qətibə İnanc”ı növbəti dəfə təqdim edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Xalq artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunan tamaşada rolları xalq artisti Bəsti Cəfərova, əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Mirzə Ağabəyli, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, aktyorlar Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, aktyor Elnur Qədirov və Cümşüd Zeynalov ifa edəcək.

Rəsmlərinin quruluşu əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu olan səhnə əsərinin musiqi tərtibatı Kamil İsmayılova məxsusdur.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
399 413 438 442 375 425

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.