Esmeralda

Esmeralda İdman 21-02-2019, 09:18

Çempionlar Liqası: 2 oyun, 2 möhtəşəm qələbə

Çempionlar Liqası: 2 oyun, 2 möhtəşəm qələbə
Bu gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.

Loading.az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə də 2 matç keçirilib. "Yuventus" səfərdə "Atletiko"nun qonağı olub. Görüş Madrid klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Paralel keçirilən digər oyunda isə "Mançester Siti" "Şalke"nin qonağı olub. Matçda hesabı "şəhərlilər" açsa da, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb. İkinci hissədə meydanda azlıqda qalan Xosep Qvardiolanın komandası özünü itirməyib. 85 və 90-cı dəqiqələrdə rəqib qapısına yol tapan qonaqlar əzmkar qələbə qazanıb - 3:2.

Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları

20 fevral

00:00. "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:3
Qollar: Serxio Aquero, 18 (0:1), Nabil Bentaleb, 38-pen. (1:1), 45-pen. (2:1), Leroy Sane, 85 (2:2), Rahim Sterlinq, 90 (2:3)
Qırmızı vərəqə: Nikolas Otamendi, 68 ("Mançester Siti", ikinci sarı vərəqə)

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 2:0
Qollar: Xose Ximenes, 78, Dieqo Qodin, 83


14 fevral

"Roma" - "Portu"- 2:1

"Mançester Yunayted" - PSJ - 0:2

15 fevral

"Tottenhem" - "Borussiya"(Dortmund) - 3:0

"Ayaks"- "Real" - 1:2

19 fevral

"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) - 0:0

"Lion" (Fransa) - "Barselona" (İspaniya) - 0:0

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
534 519 479 515 489 526

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.