Esmeralda

Esmeralda Xəbərlər 21-02-2019, 12:48

Aparıcı Nanənin bu sualı ailəli olan meyxanaçını utandırdı: "Evdağıdan..." - FOTO

Aparıcı Nanənin bu sualı ailəli olan meyxanaçını utandırdı: "Evdağıdan..." - FOTO
Meyxanaçı Ələkbər Yasamallı "ATV Şou" verilişinin qonağı olub.

Loading.az xəbər verir ki, aparıcı Nanə Ağamalıyevanın meyxanaçıya ünvanladığı "Meyxana aləmində məşhur olan Namiq Qaraçuxurlu xanımlardan sevgi təklifi alır. Sizə də belə sevgi təklifləri gəlirmi?" sualı Ələkbəri utandırıb. O, suala gülərək belə cavab verib:

"Evdəkilər baxır. Olur elə hallar. Deyərdim ki, elə odur insanı ruhlandıran. Amma insan o sevgini zamanla ailəsində, balalarında tapır. Xoş söz deyən xanım da, kişi də ola bilər. Təbii ki, bu sənin özünə yox, sənətinə deyilən xoş sözlərdir. Ən azından mən belə qəbul edirəm".

Daha sonra isə Nanənin "Başqa cür də ola bilməz. Elə deyilmi?" sözlərinə "Sonra deyərəm. Bu evdağıdan verilişlər..." deyərək gülüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
322 352 428 332 418 428

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.