Esmeralda

Esmeralda özünü 😲 təəccüblənmiş hiss edir. Xəbərlər 25-02-2019, 10:30

Bakıda evdən qadının skeleti tapıldı - 2 il əvvəl öldü

Bakıda evdən qadının skeleti tapıldı - 2 il əvvəl öldü
Bakıda qadın skeleti tapılıb.

Loading.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fevralın 24-ü saat 13 radələrində Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yaşayan 1951-ci il təvəllüdlü Abdurəhimova Umuyətin üzərində zorakılıq əlamətləri olmayan skeletlənmiş meyiti tapılıb. Onun skeleti mənzilin mətbəxə keçid hissəsində aşkarlanıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin olunub.

Qonşular bildirib ki, U.Abdurəhimovanı sonuncu dəfə iki il əvvəl görüblər və onun Dağıstana getdiyini eşidiblər. Umuyət Abdurəhimova uzun müddət 102 saylı “JEK”də süpürgəçi işləyib, daha sonra təqaüdə çıxıb. Məlumata görə, onun Bakıda yaxın qohumu yoxdur.

Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
442 404 406 402 402 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.