Esmeralda

Esmeralda Xəbərlər 26-02-2019, 19:10

Zaur "Bizimləsən"i bağlayır - "Nə qədər günah qazandığımı anladım"

Zaur "Bizimləsən"i bağlayır - "Nə qədər günah qazandığımı anladım"
Aparıcı Zaur Baxşəliyev bu mövsümdən sonra "Bizimləsən" proqramının yayımlanmayacağını bildirib.

Loading.az axşam.az-a istinadən bildirir ki, verilişinə qatılan imkansız ailənin uşaqlarının "Evimiz olanda şirniyyat yeyərik" sözlər aparıcını pis edib.

Zaur proqramda baş verən hadisələrin ona pis təsir etdiyini deyib:

"Dünən evdən bir torba şirniyyat atmışam. Bəzən o qədər nankor oluruq ki, nəyisə atırıq, yemirik. Görün insanlar nəyin həsrətindədirlər. Həyata baxın.

Mayın sonu gəlsin, proqramı bitirəcəm. Çox əziyyət çəkirəm, məhv oluram. Bunların hamısını içimdən keçirirəm. Mənə pis təsir edir. Sadəcə, öhdəlik götürmüşəm, çiynimdən ata bilmirəm. 3 ayımız qalıb, bitsin, bağlayacam.

"Zaurla Günaydın" verilişinə o qədər tort gətirirlər ki... Deyirəm, nə qədər olar. İndi Allah qarşısında nə qədər günah qazandığımı anladım, geri götürürəm bütün sözlərimi".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 377 409 395 383 395

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.