Günlük...

Günlük...
Axırıncı dəfə sol yanım sızlayaraq günlükdə yazdığımda, indikindən uşaq idim.. Yaşım az olsa da , birinə bağlanmağın nə qədər səhv olduğunu əzbərlətmişdi həyat mənə..Ancaq hər əzbər bir gün unudulurmuş.. Yenə gecə yarısını keçib, nə gedəcək bir qapım var, nə də bir dərd yoldaşı.. Soyuq şəhərin qaranlıq küçələri, və gecəyə qarışıb itmək istəyən bir insan.. Qısacası yazsam günlük, həmin hislər yenə gəlib tapıb məni.. Boğazımdakı düyümlərin yenə sayı hesabı yox.. Sinəmdə bir yara var ki.. Bu yara bu qədərmi ağrıdar insanın canın? ? İnsanların yalanını boş vermişəm, öz - özünü aldatmağın yükü necə ağır imiş.. Ağlımdakı fikirlərlə üzləşməkdən o qədər qorxuram ki... Içimdəki səslər məni tapa bilməsin deyə özümdən belə gizlənirəm... Yenə yarımçıq bir halım, tör-tökün yaşantım var.. Və bilirəm hamsı öz günahım , öz səhvimdi.. Heç vaxt sevilməyən biri , nə ağıl ilə ümid edər ki seviləcəyinə..? Mənə bunları etdiyim üçün , məni bu qədər yurduğum üçün , içimdəki uşaqsı ruhu bu qədər ağlatdığım üçün , və ən pisi də gedib ürəksizin birinə tutulduğum üçün , bağışlama məni günlük . Sən məni bağışlama , mən bu aldanmış İnsanı..
Bir mahnın sözlərində deyirdi ki, "sonucu dəfələrdən biri də sən , unutmuyacam.." Eynən bu cür , 'sonuncu inanmaq istədiyim ən gözəl yalan danışanlardan biri də o, unutmuyacam günlük...'
Unutmuyacam..


Yuxusu gələ adamın,gözünü yumub yatasan,elə bil illərdir yatmırsan,bəlkə də yatmıram, bilmirəm.
Şəhəri, yollarını, döngələrini,səssiz küçələrini unudub gedəcəm.Biraz təngnəfəs,biraz kədərli və birazda gülərək.
Yatıb qalacam yenə,qocalanda oyanacam,bəlkə də qocalmışam bilmirəm.

İki sətr arasına sığışdırıram səni, qızıla boyanır misralarım...

İçimdə yığılanları daşıya bilmirəm daha.. Yorulmuşam.. Sığına biləcəyim kimsəm yox, təkəm.. Fikirlərim qarışmış və mən bu an ən zəif halımdayam. Elə ki, bütün divarlarımın laxladığını və onların arasına məhbus etdiyim aciz qızın, çırpınaraq beton divarlar arasından çıxmağa çalışdığını bilirəm.. Və mən çox qorxuram…

Bizim ayıbımız da güvenmek olsun .
Yine olsa yine güveniriz.

Anam deyir ki,9 aya formalaşdırdığım qəlbini,15 saniyəyə qıra bilsinlər deyə izin vermə.

O qadını yalan yerə qucaqlamışlar. Sən cənnətə gedər kimi qucaqla...♡

Uşağlıq necə qoxar unutmuşuq,bəlkə də.Məsələn,süd qoxar,gülüş qoxar,içdən olmaq qoxar.Bəs böyüklər necə qoxar?Ətir qoxar,kədər qoxar,içki qoxar…




məndə səni gözləyirdim ki, gəlib ölümümə şahidlik edəsən.
niyə mən?! Ölümdən elə qorxuram ki.
- bilirəm.Ana bətninin qaranlığındakı körpəyə aydınlıq bir dünya var desələr; uca dağları,dalğalanan dənizləri, çiçək açan bağçaları,çağlayan çayları,ulduzlarla dolu göy üzü və parıldayan günəşi olan bir dünya…Doğulmamış uşaq bütün bunlardan bixəbər olduğu üçün, eşitsə də heç birinə inanmaz.Eynilə bizim ölümü indidən anlaya bilmədiyimiz kimi.Elə buna görə də qorxuruq.Getməyi istəmirik.Necə olacağını bilmirik.Amma gün gələcək hamımız gedəcəyik.
amma ölüm aydınlıq ola bilməz.O ki, hər şeyin sonudur.
- necə ola bilər ki ,başlanğıcı olmayan bir şeyin sonu olsun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
492 495 432 369 469 374

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.