Ümidli gözəl

Ümidli gözəl Sağlamlıq 2-03-2019, 00:36

Bu şəxslərə siqaret çəkmək qəti qadağandır

Bu şəxslərə siqaret çəkmək qəti qadağandır
Bir çox xərçəng xəstələri diaqnoz qoyulduqdan sonra da siqaret çəkməkdə davam edirlər. Lakin məlum olub ki, siqaret bədənin müqavimət gücünü parçalayır.

Loading.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda və əvvəllər siqaret çəkmiş insanların heç vaxt siqaret çəkməyənlərlə müqayisədə xərçəng diaqnozu müəyyən edildikdən 10 il sonra 40 faizi sağ qalır.

Siqaret çəkənlərin immun sisteminin reaksiyası, xüsusən də söhbət dəri xərçənginə qarşı mübarizədən gedirsə, daha az təsirli fəaliyyət göstərir. Bunu Lids Universiteti müəyyən edib. Alimlərin sözlərinə görə, siqaretçəkmə "immun orkestri"ndə disbalans əmələ gətirir. Melanoma diaqnozu olan 700-dən çox pasiyentin məlumatları üzərində aparılan tədqiqatlar göstərib ki, siqaretçəkənlər 40 faiz az sağalma əmsalına malik olublar.

Melanomadan ölənlərin çoxu hazırda və keçmişdə siqaret çəkənlər olub. Düzdür, alimlər xərçəng xəstələrinə hansı miqdarda çəkilən siqaretin təsir edə biləcəyini dəqiqləşdirməyiblər. Lakin bir şey dəqiq məlumdur: siqaret əvvəldən daha güclü immun sistemi olan insanlarda sağalma əmsallarını azaldıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
555 516 492 547 517 518

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.