Ümidli gözəl

Ümidli gözəl özünü 😔 qəmli hiss edir. Sevgi 2-03-2019, 22:01

Bəlkə...

Bəlkə...
Bəlkə bir gün dayanarkən ayna önündə,Görəcəksən saxta simanı.Bəlkə bir gün toxunacaqsan ürəyinə,Hiss edəcəksən daş bağladığını.Fərqinə varacaqsan süni gülüşlərinin,Yalan sevinclərinin.Anlayacaqsan, dərk edəcəksən həqiqi kimliyini.Yavaş-yavaş özünə gələcəksən, gerçək "sən" olacaqsan.Bəlkə bir gün oyanacaqsan dərin yuxulardan.Kabusmuydu yoxsa yalanVə ya doğrumuydu deyə təəccüb edəcəksən.Bəlkə bir gün çəkiləcək göz önündənQalın qara pərdələrVə görəcəksən işıqlı həyatı.Görəcəksən reallıqları,Anlayacaqsan olanları,Dərk edəcəksən etdiklərini.Hiss edəcəksən yoxluğumu bəlkə bir gün.Bəlkə bir gün yad edəcəksən varlığımı.
Darıxacaqsan, için göynəyəcək həsrətdən.Bəklə nə vaxtsa yada salacaqsan mənli həyatını,Xatirələr saracaq dörd bir yanını.Uzun gecələrcə düşünəcəksən sənə olan sevgimi,QayğılarımıVə donacaqsan sənə sarılan yad qollarda.Hiss etmək istəyəcəksən yenidən hərarətimiAmma üzünə dəyən ögey nəfəs olacaq,Üşüyəcəksən soyuqluğundan.Bəlkə zaman gələcək dərin boşluğa salacaq səni peşmanlıqların.Mənsizlik dəli edəcək səni.Sağa-sola çərəsizcəsinə çırpınacaqsan,Əlacsızcasına məni gəzəcəksən.Amma,əsla tapmayacaqsan.Buraxdığın, arxanı dönüb getdiyin yerdə olmayacağamSən döndüyün vaxt.Bax, o zaman dərk edəcəksən yoxluğumu.Hiss edəcəksən unudulduğunu.İnanacaqsan unutduğuma.O zaman qırılacaq qamətin, sınacaq qol-qıçın.Diz çökəcəksən taqətsizcəsinə.Daş ürəyin döyünməyə başlayacaq sürətlə qorxudan.Unudulmaq qorxusu səni yerlə bir edəcək.Bəlkə o zaman anlayacaqsan nələr yaşadığımı,Nələr çəkdiyimi.
Unudulmaq nədir deyə bəlkə sən də o zaman biləcəksən.Bəlkə qalın qat bağlamış vicdanınaNə vaxtsa toxunacaq etdiklərin.Fərq edəcəksən vicdansızlığını,Nə qədər qəddar,Nə qədər zalım olduğunu.Bəlkə nə vaxtsa çevriləcəksən arxaya,Baxacaqsan orada buraxdıqlarına,Dəyər vermədiklərinə.Gözlərin dolacaq,Canın yanacaq,Amma çarəsiz olacaqsan geri dönüşü olmayanlara.Əlinlə qırağa atdıqlarını,Zaman gələcək qol gücünlə belə geri qaytara bilməyəcəksən.Mənim yaralarım qabıq bağlayanda,Səndə hər an qanayan dərin yaralar açılacaq... Mən çarəyə qovuşanda,Sən çarəsizlikdən,ÇaşqınlıqdanGecəylə gündüzü qarışıq salacaqsan,Eynən mənim kimi.Yaşayacaqsan bəlkə bir gün sən də mənə yaşatdıqlarını.Hiss edəcəksənsən də vücudunda ağrını, yanğını.Bəlkə zaman gələcək dəyişəcək yerlərimiz.Bəlkə...Nə mə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
773 819 810 633 727 669

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.