Esmeralda

Esmeralda özünü 😲 təəccüblənmiş hiss edir. İdman 6-03-2019, 20:10

5,5 aylıq hamilə futbolçu məşqə çıxdı, tənqid edildi - FOTO

5,5 aylıq hamilə futbolçu məşqə çıxdı, tənqid edildi - FOTO
ABŞ-ın qadınlardan ibarət futbol çempionatında çıxış edən "Orlando Pirates"in hamilə futbolçusu Sidney Lerouks komandanın təlim-məşq toplanışına qatılıb.

Loading.az fanat.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu 5,5 aylıq hamilə olduğunu açıqlayıb. Məşqdən fotosunu paylaşan futbolçu "5,5 aylıq hamilə olduğum zaman məşqə çıxacağımı heç vaxt düşünməmişdim. Ancaq indi burdayam" yazıb.

Onun bu paylaşımı rekord sayda "like" yığıb və paylaşılıb. Lakin əksər sosial media istifadəçisi onun hamilə olduğu halda məşqə çıxmasının doğma olmadığını yazıb. Bu şərhlərdən sonra Sidney Lerouks sosial media vasitəsi ilə yenidən açıqlama verərək topla çalışmadığını, toqquşmalardan qaçdığını, həkimlərin tövsiyyəsi ilə məşq etdiyini və uşağının həyatını təhlükəyə atacaq məşqlər etmədiyini bildirib: "Təbii ki, həkimim sağlamlığımla bağlı mənə sosial mediada vücuduma nələri edib-etməyəcəyimi söyləyənlərdən daha çox məlumata sahibdi".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
495 456 471 465 438 425

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.