_O.R.X.A.N_

_O.R.X.A.N_ Xəbərlər 20-03-2019, 11:00

Fındıq oğrularının başqa "macəra"ları da ortaya çıxdı

Fındıq oğrularının başqa "macəra"ları da ortaya çıxdı

Zaqatala Rayon Polis Şöbəsinə Aşağı Tala kəndi ərazisindəki fındıq sexlərinin birindən 250 kiloqram fındığın oğurlanması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Loading.AZ-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 2 nəfər Məhəmməd Mamayev və Nazar Həsənzadə saxlanılıb.

Ətraflarında aparılan araşdırmalarla saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların kənd ərazisində digər fındıq sexindən 100 kiloqram fındıq ləpəsi, kənd sakininə məxsus "VAZ-2106" markalı avtomobildən videoqeydiyyat qurğusu və pul, həmçinin cari ilin fevral-mart ayları ərzində paytaxtın Binəqədi rayonu ərazisindən 3 "VAZ" markalı avtomobili qaçırmaları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
448 546 450 408 438 448

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.