_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 22-03-2019, 21:39

Feysbukla bağlı şok məlumat: Hər kəs bilir, amma...

Feysbukla bağlı şok məlumat: Hər kəs bilir, amma...
Dünyada ən çox istifadə edilən sosial şəbəkə saytı Feysbuk istifadəçi şifrələrinin mətn məlumatlarında saxlanıldığını açıqlayıb.

Feysbuk rəhbərliyi istifadəçi şifrələrinin məlumatlar bazasında olduğunu, lakin bunun gizli saxlanıldığını bildirib.

Açıqlamada deyilir ki, bu məlumatların kənar müdaxilələrlə ələ keçirilməsi mümkün deyil.

Feysbuk əməkdaşlarının bu gizli məlumatlardan pis məqsədlər üçün istifadə etməsinə dair sübutun olmadığı da diqqətə çatdırılıb.

"Krebs on Security" adlı bloq səhifəsində Feysbukun 600 milyona yaxın sosial şəbəkə istifadəçisinin şifrəsinin uzun illərdir mətn məlumatlarında saxlanıldığı bildirilmişdi.

Məlumatda istifadəçi şifrələrinin Feysbuk komandasında işləyən hər bir kəs üçün açıq olduğu iddia olunmuşdu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
626 513 496 457 442 534

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.