İllər keçər, aylar ötər unudarsan, Gör kimlər unuduldu bu dünyadə qadın, Əgər bir gün yada salanda ağlayacaqsansa məni, Qıymaram göz yaşına salma heç yadə qadın. Kaş bu sevgi bitən yerdə mən özüm öləydim, Kaşki saçlarını da əvvəlkitək özüm hörəydim, kaşki o gülçöhrəni də bircədəfə görəydim, Xəyalını gördüyüm kimi hər gecə röyadə qadın. Ey yarımın xəyalı , gəl buyur keç, Mən indi o mən deyləm, biraz bədbin biraz bivec, Ötən bu illərdə yaram da sağalmadı heç, Sən gedəndən dostum olub, kağız , qələm, meylə dolu badə qadın. Cismim gəldi Gedərdi, bu nəğmə isə əzəldi, Şair gözündə dilbər, rübayidi, qəzəldir, Bir şəhid , birdə sənin olmaq gözəldir, Özün de, mən hansıyam bu qapqara səhradə qadın. Əllərinlə qırdın ürəy tarımın ən incə simini, Sənə gələn göyərçinlərlə yolladım öz eşqimi Sevdam Əlinin Allaha olan sevdası kimi, Gəzərəm bir çim suya həsrət bu qupquru səhradə qadın. Səndən ayrılandan mələklər çiynimə vəbalı yazdı, Bakıda vəfa olsaydı bizləri ayırmazdı, Dünya viran olsa yenə bu adam ağlamazdı, İndi çöküb otağın küncünə, gəlirəm fəryadə qadın.