Mələy0001

Mələy0001 Şeirlər 26-10-2017, 22:17

Qadın

Qadın
Qadın







İllər keçər, aylar ötər unudarsan,
Gör kimlər unuduldu bu dünyadə qadın,
Əgər bir gün yada salanda ağlıyacaqsansa məni,
Qıymaram göz yaşıva salma heç yadə qadın...


_________________________________________________

Kaş bu sevgi bitən yerdə mən özüm öləydim,
Kaşki saçlarıvıda əvvəlki tək özüm hörəydim,
Kaşki o gül çöhrəvidə bircə dəfə görəydim,
Xəyalını gördüyüm kimi hər gecə röyadə qadın...

_________________________________________________________

Ey yarımın xəyalı, gəl, buyur, keç
Mən indi o mən deyiləm, biraz bədbin, biraz bivec,
Ötən bu illər də yaramda sağalmadı heç
Sən gedəndən dostum olub,kağız qələm meylə dolu badə qadın...

__________________________________________________________


Cismim gəldi-gedər, bu nəğməysə əzəldir,
Şair gözündə dilbər, rübaidir, qəzəldir,
Bir Şəhid, birdə Sənin olmaq gözəldir,
Özün de mən hansıyam bu qapqara sevdadə qadın?!...

__________________________________________________________


Əllərimlə qırdım ürək tarımın ən incə simin,
Sənə gələn göyərçinlərlə yolladım öz eşqimi
Sevdam Əlinin ALLAHA olan sevdası kimi,
Gəzərəm bir içim suya həsrət bu qupquru səhradə qadın...

_________________________________________________________


Səndən ayrılandan mələklər çiynimə vəbalı yazdı,
Bakıda vəfa olsaydı bizləri ayrı saxlamazdı,
Dünya viran olsa yenə bu adam ağlamazdı,
İndi çöküb otağın küncünə, gəlirəm fəryadə qadın...

_________________________________________________________

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
590 587 571 538 520 565

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.