Esmeralda

Esmeralda Xəbərlər 28-03-2019, 11:21

Prezident Administrasiyası: "Diqlas"da satıcılara dəyən ziyan dövlət tərəfindən ödəniləcək"

Prezident Administrasiyası: "Diqlas"da satıcılara dəyən ziyan dövlət tərəfindən ödəniləcək"
"Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarların rəsmilərlə növbəti görüşü keçirilir.

Loading.az xəbər verir ki, qafqazinfo-nun görüşdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyn Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak edir.

***

H. Mövsümov bildirib ki, prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək: "Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Dövlət ziyanı sizə ödəyəcək, növbəti mərhələdə isə həmin obyektin sahibləri dövlət qarşısında cavab verəcək".

Mövsümov əlavə edib ki, zirzəmidəki mallara ziyan dəyməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
323 374 343 339 349 283

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.