_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 30-03-2019, 18:00

Sony şirkəti Xperia 2 flaqman smartfonu üzərində çalışır

Sony şirkəti Xperia 2 flaqman smartfonu üzərində çalışır
Sony şirkəti hələ fevral ayının sonunda keçirilmiş MWC 2019 sərgisində Xperia 1 flaqman smartfonunu təqdim etmişdi. Lakin indi internetdə artıq Xperia 2 modeli barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Məlumata əsasən yeni smartfon məhz Xperia 2 adı ilə satışa çıxacaq.

O, 21:9 nisbətli 2880x1234 piksel keyfiyyətli 6.2 düym CinemWide ekran, Snapdragon 855 prosessoru, 6 GB RAM, üçlü arxa kamera, 3000 mAh enerji tutumlu batareya və 3.5 mm-lik audiogiriş ilə təchiz olunacaq.

Smartfonun kamera özəllikləri barəsində dəqiq bir məlumat yoxdur. Lakin güman etmək olar ki, onlardan biri 3D ToF kamera modulu olacaq. Çox güman ki, Xperia 2 bu ilin sentyabr ayında keçiriləcək IFA 2019 sərgisində təqdim olunacaq. Onun güman olunan qiymət göstəricisi isə 800-900 dollardır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
519 545 473 475 518 509

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.