KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 8-03-2021, 17:00

Allaha necə zikr edilir?

Allaha necə zikr edilir?
Möminlər Allah`ın hər an onları gördüyünü və eşitdiyini, qarşılaşdıqları hər hadisəni Allah`ın yaratdığını bilirlər. Ona görə, Allah`ı heç vaxt unutmurlar. Həyatlarının hər anında həm qəlbən Allah`ı düşünür, həm də digər möminlərlə söhbət etdikdə Rəbbimizin ucalığını, böyüklüyünü, qüsursuz yaratmasını, sənətini zikr edirlər. Möminlərin hər an Allah`ı zikr etməsi Quranda belə bildirilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 191)

Allah`ı zikr etmək hər şeyi, baş verən hər hadisəni Allah`ın yaratdığını bilmək, "Allah mənə bununla nə göstərmək istəyir?" şəklində düşünmək, Allah`ın yaratmasındakı hikmətləri anlamağa çalışmaq, hər an Allah`ın ucalığını qavramaq üçün səy göstərmək və bütün bunları digər insanlara da izah etməklə olar. Məsələn, kənardan baxdıqda çətin kimi görünən bir hadisə ilə qarşılaşdıqda təvəkküllü davranan və səbir edən insan o an Allah`ı zikr etdiyi üçün bu şəkildə davrana bilir. Allah`ı zikr edən insan Allah`ı və Onun gücünü heç vaxt unutmaz və daima ağıllı davranar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
686 664 592 547 602 610

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.