Esmeralda

Esmeralda İdman 31-03-2019, 11:05

Zidanın şok transfer siyahısı: görün kimlər var

Zidanın şok transfer siyahısı: görün kimlər var
Loading.az Fanat.az-a istinadən xəbər verir ki, "Marca" qəzeti fransız mütəxəssisin rəhbərliyə təqdim etdiyi 5 nəfərlik siyahını əldə edib.

İddiaya görə, Zidan yayda rəhbərlikdən Neymar (PSJ), Kilian Mbappe (PSJ), Paul Poqba (Mançester Yunayted), Eden Hazard (Çelsi), Kristian Eriksenin (Tottenhem) alınmasını istəyib.

Amma "Real"ın transfer siyahısında daha 4 futbolçunun adı var. Belə ki, qarşıdakı iki ildə transferlərə 1 milyard avro büdcə ayırmağı planlaşdıran Florentino Peres Nqolo Kante (Çelsi), Cengiz Ünder (Roma), Xalidu Kulibali (Napoli) və Miralem Pyaniçi (Yuventus) də Madridə gətirmək niyyətindədi.

Qeyd edək ki, Zidanın "Real"a qayıtdıqdan sonra ilk transferi "Portu"dan Eder Militao olub. 50 milyon avroya alınan müdafiəçi komandaya yayda qoşulacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 554 453 417 463 531

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.