avara

avara Xəbərlər 5-05-2019, 15:55

“Əhaliyə kütləvi bildirişlərin göndərilməsi dayandırılacaq”

“Əhaliyə kütləvi bildirişlərin göndərilməsi dayandırılacaq”
Azəriqaz” İB prezident İlham Əliyevin tapşırığına əsasən bir neçə tədbirlər planı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə birliyin sədri Əkbər Hacıyev bu gün keçirilən toplantıda məlumat verib.

O, bildirib ki, müsbət beynəlxalq təcrübə nəzərə alınmaqla təbii qazdan qanunsuz istehlak nəticəsində dəymiş ziyanın hesablanmasına dair sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar Energetika Nazirliyi ilə birlikdə təkliflər hazırlanacaq və müvafiq qərarların qəbul edilməsi üçün aidiyyəti üzrə təqdim ediləcək:

“Həmçinin qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək qanunsuz istehlak halları üzrə dəymiş ziyanın hesablanmasına dair əsaslı dəlillər olmadan istehlakçılara kütləvi bildirişlərin göndərilməsi dayandırılacaq. Birliyin bəzi əməkdaşları tərəfindən vəzifələrindən sui-istifadə vətəndaşların sadəlövhlüyündən şəxsi maraqları üçün yararlanma hallarını qətiyyətlə qınayırıq. Belə halların vaxtında müəyyən edilməsi, qarşısının alınması və təqsirkar şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə ciddi tədbirlər görüləcək”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
451 417 401 355 373 357

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.