Nə fayda
Əksini gözümdən silsəm, nə fayda,
Axı ürəyimdə yerin qalıbdır.
Sənə mən unutdum desəm, nə fayda,
Unutmaq həmişə çətin olubdur.
Unutdum desəm də özüm-özümə,
Unuda bilmirəm axı mən səni.
Unutmaq sözünü unudaram mən,
Amma unutmaram, inan ki, səni.
Müəllif: Qərənfil Arifqızı
Derc etdi:Sol Meleyim






