Love Angel

Love Angel Sevgi 26-05-2019, 11:44

İndi bir daha düşün...

İndi bir daha düşün...

Bir başqası mənim sevdiyim kimi sevə bilərmi səni? Gecə başını yastığa qoyduğunda yuxusunda görmək üçün səni düşünə bilərmi? Bərk bərk qucaqlaya bilərmi? Gözlərini yumanda getməndən qorxa bilərmi? Ya da bir gün mübahisə edəndə və sən "Bitdi" deyəndə, qorxudan duruxub qala bilərmi? Mənim səni itirməkdən qorxduğum kimi dəyər verə bilərmi sənə? Əgər telefonu bir az gec açarsan, narahat ola bilərmi? Hər dəqiqə "hardasan?" "neynirsən?" soruşmaq yerinə sənə güvənməyi sınaya bilərmi? Sənin yaxşılığını öz yaxşılığından daha çox istəyə bilərmi? Səni mən kimi sevə bilərmi?
Sevə bilməz! Bacara bilməz! Bəlkə sənə məndən daha gözəl sarılar, öpər, amma səni mənim qədər çox sevə bilməz!
İndi bir daha düşün.
Mənmi itirdim, yoxsa səni bu qədər çox sevmiş olan birini həyatından çıxardığın üçün sən itirdin?





Derc etdi :Sol Meleyim

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
593 565 531 579 570 553

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.