Ibretamiz Hekaye(4)

Ibretamiz Hekaye(4)

Bir gün Ramazan ayıda 3 gənc oğlan yolda gedərkən, gözləri bir yaşlı kişiyə sataşır.
O Ramazan ayı olmasına baxmayaraq küçədə bir küncdə oturub yemək yeyirmiş.
Oğlanlardan biri gülərək həmən o yaşlı kişiyə bir sual verir. -"Dayı orucsan?"
-"Bəli orucam." - deyə cavab verir.
Oğlanlar başlayır gülməyə, yaşlı kişi ilə məzələnməyə.
Oğlanlardan biri deyir ki; -"Dayı, sənin xəbərin yoxdur deyəsən. Oruc adam yemək yeməz, oruc saxlar."
Yaşlı kişi oğlana; Mənim dilim orucdur, yalan danışmıram, pis sözlər işlədib kiminsə qəlbini qırmıram. Mənim qulağım orucdur hər nə qeybət söz söhbət oldu qulaq asmıram. Mənim gözüm orucdur ki, hər mənə haram olana baxmıram. Sadəcə mədəm oruc deyil ki, xəstəyəm həkim deyib ki, yemək yeməlisən, ehtiyacım var yeyirəm. " oğlanlar bu cavaba həm təəccüblənir həmdə etdikləri hərəkətə görə çox utanırlar.
Yaşlı kişi; " Hə balalar deyin görüm indi siz orucsuz?" Oğlanlardan biri; " Xeyir dayı, biz sənin yanında oruc deyilik. Bizim mədəmiz sadəcə orucdur qalan hər yerimiz isə öz işindədir...


P.S. Oruc tutmayan çox insanlar var, onları qınamayın heç vaxt. Ola bilər bir çox səbəbə görə tuta bilməsinlər amma bu o dəmək deyil ki, Oruc tutmursa günah qazanır.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
341 376 312 335 355 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.