Ehmedzade

Ehmedzade Xəbərlər 30-05-2019, 20:22

Azərbaycanda 1 yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ açıqlanıb

Azərbaycanda 1 yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ açıqlanıb

2018-ci ildə Azərbaycanda 1 yaşadək 1547 uşaq dünyasını dəyişib. 2017-cı ildə ölkədə 1700, 2016-cı ildə 1666 uşaq, 2015-ci ildə isə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.


1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1001 (2017-ci ildə 1028, 2016-cı ildə 1090 uşaq) körpə dünyasını dəyişib.

Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri tutur. Bu səbəbdən ötən il 140 (2017-ci ildə 235, 2016-cı ildə 173 körpə) uşaq ölüb.

Ötən il anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 147 (2017-ci ildə 155, 2016-cı ildə 151 körpə), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 12 (2017-ci ildə 12, 2016-cı ildə 7) körpə dünyasını dəyişib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
364 386 333 295 362 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.