Hərdən
Daha, nə işimiz var,
Düşünürəm səhərdən...
Burda xoşbəxt olmadıq,
Dur! Gedək bu şəhərdən.
Qaçaq, üzü yoxuşa,
Hey boğuşa-boğuşa,
Sığınaq bir koğuşa,
Qurtulaq da qəhərdən...
Yoldur, uzanıb gedir,
Yollar buz alıb gedir.
Hamı qocalıb gedir,
Yoruldum bu təhərdən.
Tut əlimdən, buraxma,
Bir otağam, bir daxma,
Gəl yanıma, darıxma,
Gəl, sarıl mənə hərdən.
Səfail Aqiloğlu
Düşünürəm səhərdən...
Burda xoşbəxt olmadıq,
Dur! Gedək bu şəhərdən.
Qaçaq, üzü yoxuşa,
Hey boğuşa-boğuşa,
Sığınaq bir koğuşa,
Qurtulaq da qəhərdən...
Yoldur, uzanıb gedir,
Yollar buz alıb gedir.
Hamı qocalıb gedir,
Yoruldum bu təhərdən.
Tut əlimdən, buraxma,
Bir otağam, bir daxma,
Gəl yanıma, darıxma,
Gəl, sarıl mənə hərdən.
Səfail Aqiloğlu






