Türkiyə mediasında uzun müddətdir müğənni Kenan Doğulu ilə aktrisa Beren Saatın ayrılacaqları xəbəri yayılıb.
Aktrisa son paylaşımı ilə gündəmdəki söz-söhbətə nöqtə qoyub. "Mən oyun dostumu tapdım, deyəsən"-dedim bir axşam, gözlərin parıldayaraq baxdın. Gecə gitara səsilə oyandım; bir mahnıya başlamışdın, heyran qaldım. Biz o mahnını birlikdə bitirərkən eşq mahnısı olduq. Bir-birimizin yaralarını örtdükcə can dostu olduq. Sonra bir gün sən məsumiyyətini, mən də yol dostumu, can dostumu itirdim. Nə qədər vaxtdır, boşanacaqsınız deyə soruşurlar, "inanmaq, bağlanmaq, bağışlamaq, imtina etmək" kimi duyğusal bir müddət heç kəsin vecinə deyil. Boşanmaq bunların ən asan hissəsidir, mən evlənməyə də ən az həvəsli tərəf idim, əslində. Mənim üçün əsas olan həmişə eşqdir. Sən yenə də mahnılar yazacaqsan. Artıq içimdə nə qəzəb, nə də kiçik bir peşmanlıq yoxdur. Hər damla göz yaşıma sonuna qədər layiq idin. Yaxşı ki, doğuldun, sənə aşiq oldum"-deyə yazıb.