Ehmedzade

Ehmedzade Xəbərlər 2-06-2019, 16:03

İşıq, qaz və su ilə bağlı MÜHÜM DƏYİŞİKLİK: bundan sonra...

İşıq, qaz və su ilə bağlı MÜHÜM DƏYİŞİKLİK: bundan sonra...

Azərbaycanın şəhər və rayonlarında inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri, həmin sistemlərdə mövcud qoşulma imkanları (sərbəst gücləri) əks etdirilən məlumatları internet saytlarında yerləşdirməyən mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin əməkdaşları inzibati məsuliyyətə cəlb ediləcək.


Nazirlər Kabinetinin təsdiq etdiyi “Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi Qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən, təchizat müəssisələri tərəfindən təyin edilən məsul şəxslər məlumatların internet saytlarına yerləşdirilməməsinə və ya yenilənməməsinə görə intizam məsuliyyəti daşıyırlar. Aparılan monitorinqlər nəticəsində məlumatların internet saytlarına yerləşdirilməməsi və ya yenilənməməsi aşkar edildikdə, Energetika Nazirliyitərəfindən aidiyyəti təchizat müəssisəsinə ünvanlanan məktub əsasında həmin müəssisə tərəfindən təyin edilən məsul şəxslər intizam məsuliyyətinə cəlb edilirlər. Təchizat müəssisələri 30 iş günü müddətində məlumatların internet saytlarına yerləşdirilməsi və ya yenilənməsi, habelə təyin edilən məsul şəxslərin intizam məsuliyyətinə cəlb olunması barədə Nazirliyə məlumat verməlidirlər.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 367 372 367 366 364

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.