HASANLY

HASANLY Xəbərlər 7-06-2019, 16:08

Azərbaycanlı məşhur müğənni xanımı ilə ayrılıb, başqasıyla evlənir

Azərbaycanlı məşhur müğənni xanımı ilə ayrılıb, başqasıyla evlənir
Müğənni Yaşar Yusub həyat yoldaşı ilə yollarını ayırıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçi 7 ildir ailəli olduğu xanımla boşanıb.

Həmçinin bildirilir ki, müğənni yaxın günlərdə yenidən ailə qurmağa hazırlaşır. Onun evlənmək istədiyi qadın Türkiyədə həkim kimi fəaliyyət göstərir.

Y.Yusub açıqlamasında məsələ ilə bağlı sualları cavablandırıb:

"Son zamanlar bu söhbəti çox eşidirəm. İstəyirəm buna son qoyum. Şəxsi həyatımla bağlı heç vaxt danışmamışam, danışmayacam da. Mənim toyum da qapalı keçmişdi. Övladımın üzünü neçə il sonra göstərdim. Bu məsələ haqda da bir söz deməyəcəm. Həyatımda hər şey əladır, xoşbəxtəm və övladımı böyüdürəm. Mənə görə narahat olan hər kəsə minnətdaram".

Qeyd edək ki, Yaşarın evliliyindən bir oğul övladı var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
439 348 320 360 375 309

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.