HASANLY

HASANLY Xəbərlər 10-06-2019, 16:39

II Avropa Oyunlarında idmançılara veriləcək məbləğlər - I yer 150 min AZN

II Avropa Oyunlarında idmançılara veriləcək məbləğlər - I yer 150 min AZN
"Minsk 2019" II Avropa Oyunlarında medal qazanacaq idmançıların alacağı mükafat bəlli olub.

loading.az report-a istinadən xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışda iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüşdə məlumat verib.
O bildirib ki, yeni qərar qəbul olunmasa, bu Bakı 2015 I Avropa Oyunlarındakı mükafatla eyni olacaq.

2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min) pul mükafatı verilib.

Qeyd edək ki, II Avropa Oyunları iyunun 21 - 30-da keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
471 374 320 364 399 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.