Gülüstan Əliyeva: Qardaşımın şəhid olacağını ərim mənə yuxuda demişdi
Oxu.Az-ın müxbirinin suallarını Əməkdar artist, Prezident mükafatçısı Gülüstan Əliyeva cavablandırır:
- Gülüstan xanım, siz Qarabağ acısını yaşayan sənətçilərimizdənsiniz, Vətən uğrunda həm həyat yoldaşınızı, həm qardaşınızı şəhid vermisiniz. Bu günlərdə daha iki hərbçimiz Vətən uğrunda şəhid oldular.
Bir sənətçi, bir ziyalı və bir şəhid ailəsi olaraq, Qarabağ münaqişəsi ilə bağlı nə düşünürsünüz, sülh, yoxsa hərb?
- Təbii ki, hamımız, bütün analar, qadınlar istəyir ki, dünyada, o cümlədən, Azərbaycanımızda sülh olsun. Amma danışıqlar yüksək sivilizasiyalı, yüksək mədəniyyətli bir ölkənin insanına məxsusdur. Bizim qonşularımız o səviyyədə inkişaf etməyiblər ki, Qarabağ məsələsini onlarla danışıqlar yolu ilə həll edək.
Biz müharibə yolu ilə də olsa, sülh yolu ilə də olsa, torpaqlarımızı qaytarmalıyıq və bu, bizim bir vətəndaş olaraq borcumuzdur. Ali Baş Komandanımız bu yöndə çox böyük işlər görür, gərgin danışıqlar aparılır, amma bütün bunlara rəğmən, yenə də atəşkəs pozulur, yenə də vaxtaşırı şəhidlərimiz olur.
Artıq son bir həftədə - on gün ərzində iki şəhid vermişik və bir neçə gün əvvəl verdiyimiz şəhidimiz də sıravi əsgər deyildi. Hər bir yüksək səviyyəli zabiti yetişdirmək üçün illər lazımdır. Ancaq gördüyünüz kimi, Ermənistan yenə də öz düşmən, çirkin mövqeyini göstərməkdə davam edir.
Snayperlə hər hansı bir vətəndaşın, hərbçinin vurulması beynəlxalq sazişlə qadağan olunmasına baxmayaraq, Ermənistan çirkin niyyətini həyata keçirdi, Azərbaycan üçün çox dəyərli olan bir zabitimizi itirdik. Amma eybi yoxdur, biz vətənin müdafiəsi üçün oğullar böyüdürük.
Oğulları böyüdürük ki, sinəsini düşmənə sipər etsin. Bunu bacaran oğullarımız, igidlərimiz var və bunlar hər an artmaqdadırlar. Azərbaycan elə bu oğulların çiynindədir. Bu baxımdan, inanırıq ki, istər danışıqlar yolu ilə, istər hərb yolu ilə torpaqlarımızı qaytaracağıq və biz bir nəfər kimi hamımız - qadın, kişi fərqi yoxdur - Ali Baş Komandanımızın arxasındayıq.
İnanırıq ki, Azərbaycan övladları - kişili, qadınlı hamı öz ata-baba yurdlarının, öz qədim torpaqlarının bütövlüyünü, müstəqilliyini müdafiə etmək üçün son damla qanına qədər vuruşacaq.
- Sizcə, Qarabağ hadisələri, son 31 ildə yaşananlar ədəbiyyatımızda, incəsənətimizdə, sənət dünyamızda əksini tapırmı?
- Əlbəttə! Son illər Qarabağla bağlı gözəl sənət əsərlərimiz yaranıb və yaranmaqdadır. Deməzdim ki, sənət əsərlərimiz yoxdur. Bu, hər bir sənət adamının ruhunda, öz gündəlik iş həyatında, sənətində özünü göstərməyə bilməz. Çünki biz bu ölkənin vətəndaşıyıq.
Ölkənin sevincinə sevinən insanlarıq, qəminə kədərlənənik. Biz sənət adamı olduğumuza görə, bu, bizim yaradıcılığımızda daha intensiv özünü göstərir.
Bu il “Nəsimi İli” elan olunmasına baxmayaraq, gənc bəstəkarlarımız daxil olmaqla, yenə də vətənpərvərlik nəğmələri, vətənpərvərlik mahnıları var. “Nəsimi” baleti bizim Operada səhnəyə qoyuldu. Əslində, Nəsiminin həyatı bir növ azadlıq uğrunda mübarizə deməkdir. Bəstəkar Nəsiminin həyatını baletdə əks etdirməklə, sanki həm də Azərbaycan uğrunda mübarizəni əks etdirir.