HASANLY

HASANLY Xəbərlər 11-06-2019, 13:33

Azərbaycanda özünü yandıran şəxs dünyasını dəyişdi

Azərbaycanda özünü yandıran şəxs dünyasını dəyişdi
İsmayıllı rayonunda iyunun 1-də intihara cəhd edən şəxsdünyasını dəyişib.

loading.az report-a istinadən xəbər verir ki, rayonun Mücəftaran kənd sakini, 1984-cü il təvəllüdlü Rəcəbəliyev Ramil Nazim oğlu üzərinə benzin tökərək özünü yandırıb.

Ağır vəziyyətdə olan yaralı əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakı şəhərində olan xəstəxanaların birinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, R.Rəcəbəliyev bu gün dünyasını dəyişib.

Məlumata görə, həyat yoldaşından ayrılan R.Rəcəbəliyev övladlarını görmək üçün qayınatasının rayon mərkəzindəki evinə gedib. Qohumlarının sözlərinə görə, o, övladlarını görə bilmədiyinə görə üstünə benzin tökərək özünü yandırıb.

Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
457 381 399 371 379 378

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.