HASANLY

HASANLY Xəbərlər 11-06-2019, 13:39

Məşhur aktyorun profilini ələ keçirib Türkiyəyə dəstək paylaşımı yaydılar

Məşhur aktyorun profilini ələ keçirib Türkiyəyə dəstək paylaşımı yaydılar
Populyar Hindistan aktyoru Amitabh Baççanın Tvitter hesabını ələ keçirən haker qrupu İslandiyada Türkiyə milli komandasına qarşı tərbiyəsiz davranışı lənətləyən paylaşım yerləçdirib.
Paylaşımdan məlum olur ki, profili “Ayyıldız Tim” adlanan haker qrupu ələ keçirib. Paylaşımda “düşmən”lərə hədələr də yer alıb: “Biz yumşaq danışırıq, amma böyük dəyənək siyasəti yürüdürük”.

Hakerlər həmçinin Amitabh Baççanın profil təsvirinə də “düzəliş” ediblər: “Aktyor… Hər halda bəziləri hələ də belə deyirlər”. Ardınca isə Hindistan-Pakistan ziddiyyətlərində ikinciyə dəstək ifadə olunub: “Pakistanı sevirik”. Həmçinin profil şəkli olaraq Pakistanın baş naziri İmran Xanın şəklini yerləşdiriblər.

Qeyd edək ki, profilin 37 milyon 400 min izləyicisi var.

Xatırladaq ki, İslandiyada hava limanında Türkiyə milli futbol komandasının üzvlərini 3 saat ərzində təkrar yoxlamalarla ləngidiblər, həmçinin yerli jurnalistlərdən biri Emre Belezoğluna mikrofon əvəzinə ayaqyolunu təmizləməmk üçün istifadə olunan fırça uzadıb. Türkiyə hökuməti rəsmən İslandiyaya etiraz notası ünvanlayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
480 483 387 421 468 421

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.