Love Angel

Love Angel Hekayələr 28-06-2019, 10:17

Şeytan

Şeytan
Şeytanın yolu bir kənde düşmüş, kürəyini bir ağaca söykəmiş ve buzovu payaya bağlı olan inəyi sağan gənc bir qadını uzaqdan izləməyə başlamiş. Şeytan,qadını neçe saat izlədikdən sonra buzovun ipini biraz boşaltmış. Buzov da anasının sağılmasını aç qarınına izləməyə daha çox dözə bilməmiş. Tərpəndikcə boynundakı ip bir az daha boşalmış və sonunda ip acılmış. Qaçaraq anasını əmməyə gedən buzov,süd qabına vurmuş və bütün süd yerə tökülmüş.Sağdığı süd ziyan olunca hirsi başına cıxan gənc qadın,əlinə kecirdiyi odunu buzovun başına vurmuş.Bala qan icində yerə yıxılmiş.Balasına hücum etdiyini görən inək bir təpiyə qadını öldürmüş. Uzaqdan kecməkde olan qadının qayınatası,inəyin gəlininə öldürdüyünü görüb, əlindəki tüfənglə ateş edərək inəyi öldürmüş.Silah səsini eşidən ər qaçib gəlmiş. Arvadını yerdə cansız yatar,atasını da əlində tüfənglə görüncə,silahını çəkib tək atışla atasını öldürmüş. Qısa bir müddət sonra həqiqəti öyrənən gənc adam,bu qədər agrıya dözə bilməyəcəyini düşünüb bir güllə də özünə çəkib,özünü öldürmüşdür. Şeytan gülərək,indi hər şeyin cavabdehi olaraq məni görürlər. Buzovun ipini boşaltmaqdan başqa nə etdim ki, mən?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
608 601 604 620 581 575

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.