n2006

n2006 İslam Dini 15-12-2022, 13:22

Allah şeytana lənət etsin

Allah şeytana lənət etsin
Günlərin bir günü Şeytanın yolu bir kəndə düşür. Əhvalı yaxşı olan şeytan kürəyini bir ağaca söykəyir və kəndiri payaya bağlı olan inəyi sağan gənc bir qadını uzaqdan izləyir. Şeytan qadını diqqətlə izlədikdən sonra yerindən qalxıb taxtaya bağlı buzovun ipini bir az açır. Buzov kənardan anasının südünün sağılmasını ac qarnına izləməyə daha çox dözə bilmir və çırpınaraq boyundakı ip tamamən açır. Qaçaraq anasını əmməyə gələn buzov süd qabını aşırdır.
Sağdığı südün məhv olduğunu görən gənc qadın əsəbləşərək əlinə götürdüyüi odunla buzova vurur.Buzovun yerə uzandığını görən İnək qəzəblənərək qadına bir təpik vuraraq öldürür. Baş verən hadisənin yaxınlığından keçən qadının qayınatası, inəyin gəlinini öldürdüyünü görüb inəyi tüfənglə vurur. Silah səsini eşidən ər, arvadını yerdə ölü olaraq uzandığını görüb, atasını tüfənglə görüncə silahla atasını öldürür.
Qısa bir müddət sonra həqiqəti öyrənən gənc adam, bu qədər ağrıya dözə bilmir və intihar edir.
Bütün bu hadisələri kənardan izləyən Şeytan: «Bu fəlakəti də mənim boynuma qoyarlar. Buzovun ipini azca açmaqdan başqa mən nə etdimki» deyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
682 687 635 662 625 641

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.