Bir kofe -`İndi ...

Bir kofe -`İndi ...
- Indi bir kofe ..

neçə şeir dəmləyir ağlımda

payızın gəlişindən xəbər verən sentyabr sabahının ətrini üfləyir burnuma..

uşaq hallarımla sevindirir məni

həm də biraz darıxdırır.



indi bir kofe ..

daha şirin söhbət edir insanlardan

xəyalımı fincanımda canlandırıb

insani soyuqluqlardan isinərkən

səni anıram bu sabah.



indi bir kofe ..

bəs edir sənin qoxunu hiss etməyə

və şəkildə gülən üzün barmağımla sevişdikcə

siqaret də aman vermir nəfəs alım..

bir sabah özləmi var içimdə.



indi bir kofe,

sənin getdiyin bu evdə

acı acı öpür dodağımın kənarından..

adını yazdıqca köpüklərinə

mənim də yaş düşür yanaqlarımdan...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 411 376 354 342 326

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.