HASANLY

HASANLY Sevgi / Şeirlər 12-07-2019, 09:58

Gülüşünü sevirəm

Gülüşünü sevirəm
Mənə xatir, yenə gül.
Bu gün biraz daha da
Heyran olum sənə, gül.

Gül ki, ürəyimdəki,
Gün yenidən doğulsun.
Gül ki, sıxıntılarım,
Gülüşündə boğulsun.

Göz bəbəyim tutular,
Öz əksini qoparsan.
Bax gözümün içinə,
Baxışını taparsan.

Allah bu nə gülüşdür,
Parıltı var canında.
Günəş, üzü qaradır,
Gülüşünün yanında.

Gülüşünlə qazandım
Bu eşqi, bu hüzuru.
Ölsəm, məzarım olsun
Yanağının çuxuru.

Mirşən Xəyal

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
397 329 394 333 430 397

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.