HASANLY

HASANLY Xəbərlər 12-07-2019, 12:10

Millimiz Universiadada neçəncidir? - MEDAL SIRALAMASI

Millimiz Universiadada neçəncidir? - MEDAL SIRALAMASI
İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasına iyulun 14-də keçiriləcək yarışlarla yekun vurulacaq.

Azərbaycan idmançıları indiyədək bu yarışda dörd medal qazanıblar. Bunlardan ikisi qızıl, biri gümüş, biri isə bürünc medaldır. Bəs Azərbaycan hazırda medal sıralamasında neçənci yerdədir?

Loading.Az-ın Oxu.Az-a istinadən xəbərinə görə, millimiz hazırda 17-ci sırada qərarlaşıb.

Komandamız eyni sayda, eyni əyarda medal qazanan Çexiya ilə bu yeri bölüşür.

İlk sırada isə Yaponiya gedir - 57 medal. Bunlardan 22-si qızıl, 16-sı gümüş və 19-u bürünc medaldır.

21 qızıl medalı olan ABŞ II, 20 qızılı olan Çin III sıradadır. Qonşularımızdan Rusiya hamıdan çox medal qazanıb – 61. Amma ruslar cəmi 11 qızıl medal əldə ediblər ki, bu da onları 6-cı sıraya yuvarlayıb.

Digər qonşularımızdan İran 10, Türkiyə 14, Ermənistan 29, Gürcüstan isə 38-ci sıradadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
376 363 341 279 338 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.