amon

amon Xəbərlər 13-08-2019, 22:24

Azərbaycan sərhədçiləri hücuma keçdi - Düşmən mövqeləri nəzarətə götürüldü

Azərbaycan sərhədçiləri hücuma keçdi - Düşmən mövqeləri nəzarətə götürüldü
Son aylarda Azərbaycan-Ermənistan dövlət sərhədindəki gərginliyin səbəbləri məlum olur.

Azərbaycan-Ermənistan dövlət sərhədində son zamanlar Ermənistan Ordusunun həyata keçirdiyi təxribatlara cavab olaraq Dövlət Sərhəd Xidməti tərəfindən ciddi tədbirlər həyata keçirilir.

“Azeri Defence”nin məlumatına görə, düşmənin Babakər dağı istiqamətində mövqelərini önə çəkmə cəhdlərinə qarşı DSX tərəfindən önləyici tədbirlər həyata keçirilib. Belə ki, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının ərazidəki bölmələri düşmən tərəfindən yeni mövqelərin ələ keçirilmə niyyətlərinə qarşı hərəkətə keçərək sərhəd döyüş məntəqələrini bir sira istiqamətləridə daha irəli çəkməyə nail olublar.

Sərhədçilərimiz tərəfindən tutulmuş yeni mövqelərdən düşmənin Ermənistan Respublikası ərazisindəki döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı əldə olunub. Eləcə də düşmən tərəfindən əvvəllər atəş altına tutulan yaşayış məntəqələrinə olan təhlükə aradan qaldırılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 334 373 327 320 375

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.